Xeyriyyə tədbiri təşkil olunub

İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə internat məktəblərindən olan şagirdləri təbrik etmək üçün Bakı şəhərində yerləşən internat məktəbi və uşaq sığınacağında olublar.

Tədbirlərdə uşaqlar üçün əyləncə proqramı təşkil edilib, şagirdlər musiqili proqrama baxıblar və yaddaqalan vaxt keçiriblər. Sonda Nazirlik əməkdaşları məktəbliləri bayram münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər arzu ediblər. Uşaqlara bayram hədiyyələri təqdim olunub.

İqtisadiyyat Nazirliyi sosial məsuliyyət çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Yeni il şənliklərinin təşkilində məqsəd qayğıya daha çox ehtiyacı olan uşaqlara mənəvi dəstək olmaq, bayram əhval-ruhiyyəsini artırmaq, onların cəmiyyətə inteqrasiyasına təkan vermək və təhsilə marağını stimullaşdırmaqdır.

Ətraflı: https://bit.ly/3RvpwxV