Sosial məsuliyyət tədbiri

İqtisadiyyat Nazirliyinin əməkdaşları sosial məsuliyyət prinsiplərinə uyğun olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək məqsədilə uşaq sığınacağında olublar.

Uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar təşkil olunub, müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar.

İqtisadiyyat Nazirliyinin kollektivi adından uşaqlara hədiyyələr verilib.

Ətraflı: https://bit.ly/486uFTd