Jacinta M. Jiménez - "The Burnout Fix"

Hörmətli həmkarlar!

Bu gün sizə "The Burnout Fix" kitabının məzmununu təqdim edirik. Jacinta M. Jiménez tərəfindən yazılan bu kitab özündə müasir iş mühitində tükənmişlik hissinin (burnout) aradan qaldırılması, dözümlülüyün artırılması ilə bağlı fəaliyyət və vasitələrdən bəhs edir.

Müasir iş mühitində uğur cəsarətdən əlavə, möhkəmlik və dözümlülük tələb edir.

Deloitte şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, işçilərin dörddə üçündən çoxu iş yerində tükənmişlik yaşayıb. İş yerində kəskin stres hər il təxminən 120.000 işçinin ölümünə səbəb olur.

Kitabda tükənmənin qarşısını almaq, dözümlülüyü artırmaq üçün bəzi strateji addımların icra edilməsindən bəhs edilir:

o düzgün və sağlam iş tempi təyin etmək;

o zərərli düşüncə tərzindən imtina etmək, diqqəti yayındıran fikirləri aradan qaldırmaq;

o asudə vaxtı prioritetləşdirmək, istirahətə vaxt ayırmaq;

o dəstək sistemi yaratmaq, sosial əlaqələri gücləndirmək;

o vaxtı necə keçirdiyinizi qiymətləndirmək, enerjinizi diqqətlə idarə etmək.

"The Burnout Fix" peşəkar və şəxsi həyatında tükənmişliyin qarşısını almaq istəyən hər kəs üçün dəyərli mənbədir. Jiménezin fikirləri və praktiki məsləhətləri oxuculara enerjilərini qorumaq, dözümlülüyü bərpa etmək və bu günün tələbkar iş dünyasında inkişaf etmək imkanı verir

PDF versiyası: Jacinta M. Jiménez - "The Burnout Fix"