DİM-də təlim - İşgüzar fəaliyyətin səmərəli təşkili
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Mərkəzin inzibati binasında (Bakı şəhəri,Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299) may-avqust aylarında “İşgüzar fəaliyyətin səmərəli təşkili” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub daxil olmuşdur.
Adıçəkilən təlimlərdə yalnız dövlət qulluqçularının iştirakı nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 30 aprel 2024-cü il tarixinədək təlimdə iştirak edəcək əməkdaşlar barədə müvafiq məlumatları əlavə olunmuş formaya uyğun olaraq Nazirliyin İnsan resursları şöbəsinə (Əlaqələndirici şəxs: Müsənbər Hüseynova (tel:+994123102800, daxili 23-21) e-poçt: musanbar.ibrahimli@economy.
Əməkdaşların nəzərinə! Məlumatı təqdim edilən hər bir təlimdə iştirakı nəzərdə tutulan əməkdaşlar barədə məlumatlar struktur bölmə rəhbərliyinin razılığı ilə ümumiləşdirilmiş formada İnsan resursları şöbəsinə təqdim olunmalıdır.
PDF versiyası: DİM-də təlim - İşgüzar fəaliyyətin səmərəli təşkili