1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

İqtisadiyyat Nazirliyinin Sosial Məsuliyyət Proqramı çərçivəsində Nazirliyin və qurumlarının əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək məqsədilə uşaq evləri və internat məktəblərində olublar. Uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar təşkil olunub. Tədbirlərdə müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Sonda İqtisadiyyat Nazirliyinin kollektivi adından uşaqlara hədiyyələr verilib.


Ətraflı: https://bit.ly/3X64Obg