"Yüksək Effektiv İnsanların 7 Vərdişi" kitabı

Hörmətli həmkarlar!

Bu gün sizə "Yüksək Effektiv İnsanların 7 Vərdişi" kitabını təqdim edirik. Stiven Kovinin bu məşhur kitabı özündə müvəffəqiyyətli insanların sahib olduğu yeddi əsas vərdişi əks etdirir.

Bu vərdişlərə:

1 . Təşəbbüs göstərmək “Be proactive.”

2 . Məqsədlərə fokuslanmaq “Begin with the end in mind.”

3 . Prioritetləşdirmək “Put first things first.”

4 . Başqaları qazandıqda qalib gəlmək “Think win/win.”

5 . Effektiv ünsiyyət “Seek first to understand, then to be understood.”

6 . Fəal əməkdaşlıq. “Synergize.”

7 . Nöqsanlarını görmək və düzəltmək “Sharpen the saw.”

Kitabda güclü bir xarakterin inkişafının şəxsi inkişafdan daha vacib olduğu vurğulanır, çünki xarakter güclü şəxsiyyətin əsasını təşkil edir. Başqalarını istiqamətləndirə və ruhlandıra bilən lider olmaq üçün öz hərəkətlərini dürüstlük, hörmət, əzmkarlıq və başqalarına qayğı kimi etik prinsiplər və dəyərlərlə uyğunlaşdırmaq çox vacibdir.

Aristotelin "Bizim mahiyyətimiz təkrar-təkrar etdiyimiz hərəkətlərdədir" sitatı etik prinsiplərə uyğun vərdişlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayır. Bunun üçün insandan öz məqsədləri haqqında bilik, onlara nail olmaq üçün lazım olan bacarıqlar və həmin məqsədlərə çatmaq üçün həqiqi istək tələb olunur. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir. Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.

“Həyatın əsl sevinci ən yüksək hesab etdiyin məqsədə doğru can atmaqdadır.”